Bakıda Zəfər Günü parad olacaq

15.10.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. 

Modern.az xəbər verir ki, parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. 

Artıq parada hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. (Mənbə: lent.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью