Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı dairəvi yolunda zəncirvari qəza baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, qəza 4 avtomobilin iştirakı ilə olub və qəzada "Kia Optima", "Toyota Prado", "Hyundai Accent" və BMW F-10 avtomobilləri əzilib.
Qəzada ölən şəxsin olmadığı bildirilib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı isə məlumat verilməyib.
Qəzanın görüntülərini təqdim edirik: