Bakıda zəncirvari QƏZA 9 nəfər xəstəxanalıq oldu | Icma.az
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq. Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.
Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.
Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin - Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu