Bakıda zəncirvari qəza: 9 nəfər xəstəxanalıq oldu | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır. Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.
Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.
Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin – Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu