Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda Azərbaycan-Çexiya biznes forumu başlayıb.
525.az xəbər verir ki, biznes forumda Azərbaycan tərəfindən nümayəndə Yusif Abdullayev, Çexiyanın Sənaye və Nəqliyyat Konfederasiyasının vitse-prezidenti Radek Spicar, Çexiyanın nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) iştirak edirlər.
Tədbirdə Çexiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri təmsil olunur. Onların arasında ağıllı nəqliyyat sistemlərinin hazırlanması ilə məşğul olan "CAMEA Technology", dəmir yolu nəqliyyatı üçün avadanlıq və komponentlər tədarük edən "BONATRANS GROUP", aviasiya sahəsində kadr hazırlığı üzrə ixtisaslaşan "Czech Aviation Training Centre", eləcə də beynəlxalq logistika xidmətləri göstərən "EGT Express CZ" yer alır.
Pərvanə Sultanova