Bakıdakı ABŞ səfirliyi bağlanır

26.11.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Bakıdakı səfirliyi Şükran Günü münasibətilə noyabrın 26 və 27-də bağlı olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi açıqlama yayıb.

"Hər kəsə xoş və sevincli Şükran Günü arzulayırıq!" - deyə səfirliyin açıqlamasında bildirilib.

Qeyd edək ki, ABŞ-nin Bakıdakı səfirliyinə Emi Karlon müvəqqəti işlər vəkili kimi rəhbərlik edir. O, 2025-ci il iyunun 23-də səfirliyin missiya rəhbərinin müavini vəzifəsinə başlayıb. İyulun 3-də isə səfirlik onun müvəqqəti işlər vəkili təyin olunduğunu açıqlayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью