Bakıdakı ağır qəzada ölənlərin və yaralananların kimliyi bilindi Video

24.04.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Lökbatan-Puta yolunda Ramin Məlikovun idarə etdiyi “Lada Priora” və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillərin toqquşduğu məlum olub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızıRüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью