Bakıdakı Avropa kubokunda veriləcək mükafatların məbləği bəlli oldu

03.04.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Gimnastikası mayın 1-4-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa kubokunda veriləcək mükafatların məbləğlərini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, "Cross Battles" qarşılaşmalarının qalibi 6000, ikinci yeri tutan 4000, üçüncü pillənin sahibi 2500 avro qazanacaq.
Böyüklərdən ibarət qrup komandaları arasında qalib 10 000, gümüş mükafatçı 6000, bürüncün sahibi isə 4000 avro əldə edəcək.
Qeyd edək ki, Avropa kubokunda 20 ölkədən 66 böyük və 83 yeniyetmə idmançının iştirakı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью