Bakıdakı Böyük Dəbilqə iştirakçıların sayı artır

05.02.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Salvador da fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin iştirakçıları sırasına qoşulacaq.

İdman.biz xəbər verir ki, komandanın heyətində iki idmançı yer alacaq.

Onlardan biri Paris olimpiadasının iştirakçısı Jairo Moreno (60 kq), digəri isə qitə turnirlərinin ikiqat qalibi Dieqo Kaliksdir (66 kq).

Qeyd edək ki, “Böyük Dəbilqə”də 39 ölkədən komandalar iştirak edəcəklər.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью