Bakıdakı Böyük Dəbilqə nin proqramı müəyyənləşib

12.02.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 14-16-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin proqramı müəyyənləşib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə beş çəki dərəcəsində - kişilərdə 60 kq və 66 kq, qadınlarda 48 kq, 52 kq və 57 kq-da medallar sahiblərini tapacaq.

Turnirin ikinci günündə daha dörd çəkidə çempionlar və mükafatçılar müəyyənləşəcək: kişilərdə 73 kq və 81 kq, qadınlarda isə 63 kq və 70 kq-da.

"Böyük Dəbilqə"nin son günündə mübarizə beş çəkidə - kişilərdə 90 kq, 100 kq və +100 kq, qadınlarda isə 78 kq və +78 kq-da davam edəcək.

Final qarşılaşmaları hər gün saat 17:00-da başlayacaq. Səhər yarışlarının dəqiq başlama vaxtı püşkatmadan sonra bəlli olacaq.

Qeyd edək ki, turnirdə 38 ölkədən cüdoçular iştirak edəcək. Azərbaycan 33 idmançı ilə mübarizə aparacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью