Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sabah Bakıda start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" yarışı ərəfəsində turnirdə iştirak edəcək ölkələrin və iştirakçıların dəqiq sayı müəyyənləşib.
İdman.biz xəbər verir ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək yarışda 36 ölkədən 258 idmançı mübarizə aparacaq.
Kişilərin yarışında 166, qadınların mübarizəsində isə 92 idmançı tatami üzərinə çıxacaq.
Azərbaycan komandası ən böyük heyətə malikdir - turnirdə 32 cüdoçumuz qüvvəsini sınayacaq. Bu göstəriciyə görə Özbəkistan ikinci (21), Yaponiya üçüncüdür (19).
İdman.biz