Bakıdakı bu binalar zəlzələlərə davamlı deyil AÇIQLANDI | Icma.az
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Hələ SSRİ dövründə Azərbaycanın seysmik zonaya aid olduğunu nəzərə alaraq tikintiyə icazə strukturları Bakı şəhərində maksimum 10-11 mərtəbə hündürlüyə icazə verirdilər.
Texnologiyanın inkişaf etməsi nəticəsində tikinti ediləcək ərazidə seysmik durum, suxurların vəziyyəti əvvəlcədən öyrənilir, daha sonra tikintiyə icazə verilir".Bu sözləri Demokrat.az-a çıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.O bildirib ki, yeni binalar daha möhkəm qurğular üzərində tikilir, təhlükəsizlik məsələləri daha ciddi nəzarətə alınır:"Bu baxımdan daha hündür mərtəbəli binalar tikilə bilir.
Düşünürəm ki, Bakı Şəhərsalma qurumu, memarlıq strukturları, FHN yanında Tikinti və Təhlükəsizliyə Nəzarətetmə xidməti Azərbaycanın seysmik zona olduğunu nəzərə almalıdırlar.
Hazırda dövr olaraq seysmik çuxurlar və yer qabığı fəallaşıb. Türkiyədəki faciə də məhz bu səbəbdən baş vermişdi.
Bütün bunları nəzərə alaraq yüksək mərtəbəli binaların tikintisinə daha ciddi yanaşılmalıdır.
Əks halda böyük faciələrə səbəb ola bilər".Ekspertin sözlərinə görə, evlərinin tikintisində də nəzarət mexanizmi olmalıdır:"Ancaq bu mexanizm insanların tikinti arzularını, layihəhələrini reallaşdırması üçün əngəl olmamalıdır.
Adətən hansısa mexanizm mürəkkəbləşdiyi zaman məmurlar özbaşınalıq edib bu yenilikdən hüquqların pozulması və qeyri-qanuni tələblər üçün istifadə edirlər.
Tam oxu
Xəbəri oxu