Bakıdakı bu tədbir sosial şəbəkələrdə trend oldu Foto | Icma.az
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, yanvarın 16-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Axar.az xəbər verir ki, konfrans geniş ictimai-siyasi rezonans doğurub. Tədbir, həmçinin beynəlxalq media məkanında geniş işıqlandırılıb.
Belə ki, bir sıra nüfuzlu beynəlxalq və regional media qurumları tədbirlə bağlı analitik və informativ materiallar dərc edib.
Xüsusilə Hindistanın “SikhPoliticsNews”, “KhireyaPunjab”, “MediaPunjab”, “BolePunjab” və “QuamieKta” media platformaları, o cümlədən Pakistanın “The Gulf Observer” və “HumEnglish” portalları, Türkiyənin TRT1 televiziya kanalı, eləcə də Gürcüstandakı “OC Media” informasiya portalı konfrans barədə ətraflı məlumat yayıb.
Sözügedən media qurumları konfrans çərçivəsində səsləndirilən mövqeləri, tarixi faktları və mövcud insan hüquqları vəziyyətini geniş auditoriyaya çatdıraraq tədbirin beynəlxalq əhəmiyyətini ön plana çıxarıb.
Konfrans, eyni zamanda, sosial şəbəkələrdə, xüsusilə Hindistanın etnik və dini azlıqlara qarşı zorakı siyasətindən zərər çəkmiş və hazırda Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və digər ölkələrdə yaşayan Siqh diaspor icmaları arasında X (Twitter), feysbuk və digər platformalarda geniş müzakirə edilib.
Xaricdə fəaliyyət göstərən bir sıra siqh təşkilatları Bakı Təşəbbüs Qrupunun paylaşdığı postları yenidən paylaşıb.
Tam oxu
Xəbəri oxu