Bakıdakı bütün universitetlər onlayn tədrisə keçdi RƏSMİ

22.09.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb. 

Ölkə.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb. 

Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью