Bakıdakı çəkiliş zamanı qolu zədələndi Video

07.08.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır.

Axşam.az xəbər verir ki, çəkiliş zamanı kaskadyorluq səhnələrindən birində aktyorun qolu zədələnib. Həmin an lentə alınan görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda Ceki Çanın qolunu tutaraq ağrı hiss etdiyi görünür. Görüntülər izləyicilər arasında narahatlıq yaradıb. Aktyorun pərəstişkarları paylaşımın şərh bölməsində ona tezliklə sağalması ilə bağlı xoş arzularını çatdırıblar.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью