Bakıdakı DÇ də 1/8 final mərhələsinin cütləri bəlli oldu

27.05.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, komandalar rəqiblərini qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra tanıyıblar.

Sabah keçiriləcək 1/8 finalda Azərbaycan son dünya çempionu Rumıniya ilə qarşılaşacaq.

Dünya çempionatı
1/8 final

İngiltərə – Bolqarıstan
Portuqaliya – Macarıstan
Azərbaycan – Rumıniya
Fransa – Mavritaniya
Monteneqro – Polşa
Bosniya və Herseqovina – Tailand
Çexiya – İsrail
Serbiya – Gürcüstan

Mundiala iyunun 1-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью