Bakıdakı DÇ nin qalibi bilindi

30.10.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda təşkil olunan futbol üzrə FIFA U-15 Dünya Çempionatı və Festivalı İspaniya yığmasının zəfəri ilə yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, turnirin A divizionunun həlledici final matçında İspaniya və Çexiya komandaları üz-üzə gəliblər. Bakı Kristal Zalında keçirilən və Azərbaycanın FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada rəqibini 3:0 hesabı ilə darmadağın edən piriney təmsilçisi çempionluq kubokunu başı üzərinə qaldırıb.

Xatırladaq ki, yarışın son günündə A divizionu ilə yanaşı, digər beş divizionun da (B, C, D, E və F) qalibləri rəsmən bəlli olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью