Bakıdakı dünya çempionatında azarkeş rekordu

30.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.

Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçında - Slovakiya - Belçika görüşündə olub (6513).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью