Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında komandaların yekun sayı bəlli olub.
Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun rəsmi “Instagram” səhifəsində turnirdə ümumilikdə 190 komandanın mübarizə aparacağı açıqlanıb.
Daha əvvəl yarışda 191 ölkənin iştirak edəcəyi bildirilsə də, turnirin cədvəlində dəyişiklik edilib. Yenilənmiş matç təqviminə əsasən, Liviya milli komandası turnirdə iştirak etməkdən imtina edib.
Şimali Afrika təmsilçisinin çempionatdan çəkilməsindən sonra V qrupunda komandaların sayı 5-ə enib. FIFA-nın rəsmi saytında yerləşdirilən yenilənmiş matç cədvəlindən də Liviya millisinin adı tamamilə çıxarılıb.