Bakıdakı Dünya Kuboku başa çatdı: Neçə medal aldıq?

09.03.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu 1 qızıl medalla başa vurublar.

Axar.az xəbər verir ki, yarışın sonuncu günündə dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutub.

Ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov qızıl mükafat əldə edib. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci yerə layiq görülüb.

Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью