Bakıdakı Dünya kubokunda təsnifatın ikinci günü

07.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bakıda idman gimnastikası üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, turnirdə 19 ölkədən idmançılar mübarizə aparır.

İştirakçılar, altısı kişilər, dördü də qadınlar arasında olmaqla, ümumilikdə on dəst medal uğrunda yarışırlar.

Azərbaycan komandası Dünya kubokunda yeddi idmançı - Dəniz Əliyeva, Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev və Ramin Dəmirov ilə təmsil olunur.

Bu gün də müxtəlif alətlər üzrə təsnifat yarışları keçiriləcək.

Ötən günün nəticələrinə əsasən, Dəniz Əliyeva dayaqla tullanmada, Nikita Simonov isə halqalarla hərəkətlərdə finala yüksəliblər.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью