Bakıdakı Dünya kubokunun püşkatma tarixi bəlli olub

22.05.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçiriləcək akrobatika üzrə Dünya kubokunun püşkatma tarixi müəyyənləşib.

İdman.biz xəbər verir ki, tədbir mayın 27-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mənzil-qərargahında keçiriləcək.

İyunun 13-15-də təşkil ediləcək Dünya kubokunda iştirakla bağlı isə hazırda 7 ölkədən 63 idmançı müraciət edib. Milli Gimnastika Arenasında Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan, Özbəkistanla yanaşı Azərbaycan komandası da qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, akrobatika üzrə Dünya kubokunun hazırkı seriyası beş mərhələdən ibarətdir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью