Bakıdakı Formula 1 i bir milyondan çox amerikalı izləyib

25.09.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bu il keçirilən Formula 1 Azərbaycan Qran-prisi ABŞ televiziya tarixində ən çox izlənilən yarışlardan biri olub.

Modern.az xəbər verir ki, yayımı həyata keçirən ESPN telekanalı yarışın ortalama auditoriyasının 1,1 milyon tamaşaçı olduğunu bildirib.

Bu, Bakı Qran-prisinin Amerika bazarında indiyədək əldə etdiyi ən yüksək nəticədir. Maraqlıdır ki, ABŞ-da yarış qeyri-adi vaxtda yayımlanıb. Los-Ancelesdə start səhər saat 04:00-da, Nyu-Yorkda isə 07:00-da baş tutub.

Buna baxmayaraq, tamaşaçı marağı əvvəlki illəri geridə qoyub.

2021-ci ildə Bakdakı yarış 970 min izləyici, 2024-cü ildə 865 min izləyici toplayıb.

Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında yayımlanan Formula 1 yarışlarının orta izləyici sayı 1,4 milyon nəfərə çatıb. Bu da 2022-ci ildə qeydə alınan əvvəlki rekord göstərici - 1,21 milyon izləyicini üstələyib.

Xatırladaq ki, Azərbaycan Qran-prisi-2025 sentyabrın 21-də baş tutub. Yarışda “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen inamlı qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью