Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

22.07.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskvanın Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüş barədə heç bir məlumatı yoxdur.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, məndə bu görüş barədə heç bir məlumat yoxdur, sizə deyə biləcəyim bir şey də yoxdur”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya kansleri Fridrix Merzlə keçirilən birgə mətbuat konfransında iyulun ortalarında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında gizli danışıqların aparıldığını bəyan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью