Bakıdakı lüt qadın heykəli söküldü

10.11.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması birmənalı qarşılanmayıb.  

Moderator.az xəbər verir ki, “Lüt qadın heykəli” artıq sökülüb.

“Təbiətin gücü” adlı əsəri 2 cür hazırlanıb. Paltarlı və paltarsız. Paltarsız versiya Bakıda nümayiş olunurdu.

Xatırladaq ki, Kuinnin heykəlləri Londonda, Qətərdə və ABŞ-da nümayiş olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью