Bakıdakı məşhur mərkəzdə SAXTA HƏKİM SKANDALI

22.09.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda fəaliyyət göstərən estetik mərkəzlərdən birində baş verənlər insan həyatının və sağlamlığının necə qumara qoyulduğunu bir daha gözlər önünə gətirir. Xəstənin səhhətinə ağır zərər vuran “Kristal Estetik” klinikasının pərdəarxası məqamları prokurorluq araşdırması ilə ifşa olunub!

Musavat.com xəbər verir ki, “Kristal Estetik” MMC-də həyata keçirilən gözüstü dəri artıqlığının götürülməsi (blefaroplastika) prosedurundan sonra dəhşətli fəsadlarla üzləşən vətəndaşın şikayəti hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.

Xətai rayon prokurorluğunun apardığı araşdırmalar zamanı məlum olub ki, klinika divarları arasında sözün əsl mənasında dərəbəylik hökm sürür. pizza sifarişi

Araşdırma zamanı ortaya çıxan faktlar sadəcə təəssüf deyil, dəhşət doğurur!

İnsanların xarici görünüşünü və sağlamlığını həvalə etdiyi Aytəkin Musayeva adlı “kosmetoloq”un ümumiyyətlə heç bir ali tibb təhsili yoxdur! İxtisası, diplomu və hətta adicə sertifikatı belə olmayan bir şəxs necə olub ki, insan üzündə cərrahi-estetik müdaxilə edə bilib? Şirkət rəhbərliyi hansı cəsarətlə tibbdən bixəbər birini masanın arxasına keçirib, əlinə neştər almasına imkan verib?

Təkcə bu da deyil! “Kristal Estetik” MMC Aytəkin Musayevanı heç bir rəsmi əmək müqaviləsi olmadan, qanunsuz şəkildə işə cəlb edib. Üstəlik, vətəndaşa tətbiq edilən təhlükəli prosedur zamanı heç bir tibbi sənədləşmə aparılmayıb - yəni baş verə biləcək hər hansı bədbəxt hadisədə izləri itirmək, məsuliyyətdən yayınmaq üçün hər şey gizli saxlanılıb!

Faktla bağlı Xətai rayon prokurorluğunda “Kristal Estetik” MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə iş qaldırılaraq Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə bu özbaşınalığa qarşı sərt qərar verib. “Kristal Estetik” MMC-yə qanunsuz işçi çalışdırdığına görə 20 min manat, diplomsuz şəxsi tibbi fəaliyyətə buraxdığına görə 6 min manat cərimələnib. Cəmiyyətin direktoru Roza Əliyevaya isə 3 min manat məbləğində ağır inzibati cərimə kəsilib!


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью