futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın cüdo üzrə milli komandasının oktyabrın 4-dən 11-dək Bakıda təşkil olunacaq dünya çempionatı üçün ilkin heyəti bəlli olub.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası rəsmi məlumat yayıb. İlin ən mötəbər cüdo turnirində ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 23 idmançı (17 kişi və 6 qadın) təmsil edəcək.
Cüdoçularımız performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, həmçinin qadın millisinin baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi altında mübarizə aparacaqlar.
Milli Gimnastika Arenasında baş tutacaq Mütəşəkkil Dünya Çempionatında fərdi yarışlar oktyabrın 4-dən 10-na kimi, qarışıq komanda mübarizəsi isə oktyabrın 11-də keçiriləcək.
Dünya çempionatında ölkəmizi təmsil edəcək heyət:
Qadınlar
48 kq: Şəfəq Həmidova, Könül Əliyeva 52 kq: Gültac Məmmədəliyeva 57 kq: Xədicə Qədəşova 70 kq: Südabə Ağayeva +78 kq: Madina Kaisinova
Kişilər
60 kq: Balabəy Ağayev, Əhməd Yusifov 66 kq: Ruslan Paşayev, Turan Bayramov, Nizami İmranov 73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev 81 kq: Zelim Tçkayev, Ömər Rəcəbli, Vüsal Qələndərzadə 90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Süleyman Şükürov 100 kq: Zelim Kotsoyev +100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov, Camal Qamzatxanov