“Bakıdakı oyundan dərs çıxarmışıq” Miika

28.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Finlandiyanın “KuPS” komandasının baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis klubun saytına açıqlamasında bunları deyib:

“Məqsədimiz mövsümün ən yaxşı oyununu keçirməkdir. Bacarsaq, növbəti mərhələyə yüksəlmək şansımız olacaq. Bakıdakı oyundan dərs çıxarmışıq. Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşı nəticə əldə edə bilərik”.

“KuPS” – “Sabah” oyununa saat 19:00-da start veriləcək. İlk oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 1:0.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью