Icma.az, Modern.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, 9 mart 2025-ci il tarixində keçirlmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxıl imtahanlarının nəticələrinə görə, 20 şagird maksimum - 300 bal toplayıb.
Modern.az-ın məlumatına görə, buraxılış imtahanlarının nəticələrinə görə, ölkə rekordçusu olan şagirdlərdən biri Bakıdakı özəl orta məktəbdə təhsil alır.
Bu, ERA tam orta ümumtəhsil məktəbinin şagirdi İlham Xəyyam oğlu Əsgərdir.
Təhsil ocağından bildirlib ki, İlham Əsgər ERA tam orta məktəbinin ən nümunəvi şagirdlərindən biridir.
O, ötən il "American Mathematics Olypiad"da uğurlu çıxış edərək, diplom və medal qazanıb.