Bakıdakı performansı bəyənildi yenidən “11 lik”də olacaq

07.10.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal yarımmüdafiəçi Marko Asensio ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ispan futbolçuya Super Liqada “Rizespor”la matçda “11-lik”də şans verəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Asensio bir neçə gün əvvəl “Turan Tovuz”a qarşı keçirilən matçda start heyətdə yer almışdı. Oyunçunun performansı məşqçilər tərəfindən bəyənilib və o, yenidən “11-lik”də olacaq.

Oktyabrın 10-da keçiriləcək “Rizespor” – “Fənərbağça” matçına saat 20:00-da start veriləcək.

“Turan Tovuz” – “Fənərbağça” oyunu türklərin qələbəsiylə başa çatıb – 2:0.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью