Bakıdakı peşə məktəbində təqaüd problemi Nə zaman ödəniləcək?

15.10.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 5 nömrəli Bakı Peşə Məktəbinin tələbələri təqaüdlərinin gecikdirilməsindən şikayət edirlər.

"AzPolitika" xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.

Tələbələrin sözlərinə görə, iyul, avqust və sentyabr ayları üçün nəzərdə tutulan təqaüdlər hələ də ödənilməyib. Onlar digər peşə təhsili müəssisələrində ödənişlərin artıq həyata keçirildiyini bildiriblər.

Bəs 5 nömrəli Bakı Peşə Məktəbində təqaüdlər nə zaman ödəniləcək?

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təqaüdlərin növbəti həftə ərzində ödənilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью