Bakıdakı Rus evində Alfred Şnitkeyə həsr edilmiş tədbir olub | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. Bakıdakı Rus evində görkəmli sovet və rus bəstəkarı, musiqişünas və pedaqoq Alfre
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbir Bakıdakı Rus evi, Rusiya Milli Musiqi Muzeyi, A.Şnitke a
Tədbirin açılışında Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov ictimaiyyət qarşısında çıxış edib.
Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov nadir kolleksiyaları dünyanın ən yaxşı məkanlarında nümayiş etdirilən muzeyin çoxşaxəli fəaliyyətindən, həmçinin A.Şnitkenin yaradıcılığına həsr olunmuş silsilə tədbirlərdən bəhs edib.
Tədbirə gələn qonaqlar görkəmli musiqiçinin 90 illik yubileyi üçün Rusiya Milli Musiqi Muzeyi tərəfindən xüsusi olaraq Rus evinin dəstəyi ilə hazırlanmış sərginin eksponatları ilə tanış olublar.
Eksponatlar arasında Şnitkenin musiqi əlyazmaları, unikal şəxsi əşyalar, arxiv fotoşəkilləri, həmçinin məşhur filmlərdən kadrlar var.
Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina iştirakçılara A.Şnitkenin yaradıcılığının tarixi əhəmiyyətindən, görkəmli musiqiçinin həyatındakı mühüm faktlardan və dönüş nöqtələrindən danışıb.
Konsert proqramı tədbirə gələnlərə A.Şnitkenin əsərlərinin iki Bakı premyerasını təqdim edib.
Tam oxu
Xəbəri oxu