Bakıdakı Rus evində Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək | Icma.az
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. Noyabrın 27-də Bakıdakı Rus evində görkəmli sovet və rus bəstəkarı, musiqişünas və pedaqo
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, tədbir A.G.Şnittke adına Moskva Dövlət Musiqi İnstitutunun dəstəyi, Bakıd
Alfred Şnitke XX əsrin ikinci yarısının böyük sovet bəstəkarlarından biridir. Onun əsərlərindən ibarət konsertlər həmişə ajiotaj yaradıb.
Polistilistika texnikasının banisi olan Şnitke müxtəlif janrların və üslub istiqamətlərinin musiqi dilində eyni dərəcədə inandırıcı danışa bilirdi.
Onun yaradıcılığı zəmanəmizin problemlərinə, bəşəriyyətin və bəşər mədəniyyətinin taleyinə böyük diqqət yetirməsi ilə səciyyələnir.
Onun yaradıcılığını dolduran dünya və mədəniyyət, xeyir və şər, inam və skeptisizm, həyat və ölüm dilemmaları emosional ifadəli fəlsəfəyə çevirir.
Görkəmli musiqiçinin yubileyi üçün Rusiya Milli Musiqi Muzeyi sərgi hazırlayıb, eksponatlarla Bakıdakı Rus evində tanış olmaq imkanı yaranacaq.
Sərgi Şnitke yaradıcılığının müxtəlif sahələrini əhatə edir: filmlərə yazdığı musiqi, teatr, instrumental musiqi.
Tam oxu
Xəbəri oxu