Bakıdakı Rus evində Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək AZƏRTAC | Icma.az
Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 21 noyabr, AZƏRTAC Noyabrın 27-də Bakıdakı Rus evində görkəmli sovet və rus bəstəkarı,
Onun əsərlərindən ibarət konsertlər həmişə ajiotaj yaradıb.
Polistilistika texnikasının banisi olan Şnitke müxtəlif janrların və üslub istiqamətlərinin musiqi dilində eyni dərəcədə inandırıcı danışa bilirdi.
Onun yaradıcılığı zəmanəmizin problemlərinə, bəşəriyyətin və bəşər mədəniyyətinin taleyinə böyük diqqət yetirməsi ilə səciyyələnir.
Onun yaradıcılığını dolduran dünya və mədəniyyət, xeyir və şər, inam və skeptisizm, həyat və ölüm dilemmaları emosional ifadəli fəlsəfəyə çevirir.
Görkəmli musiqiçinin yubileyi üçün Rusiya Milli Musiqi Muzeyi sərgi hazırlayıb, eksponatlarla Bakıdakı Rus evində tanış olmaq imkanı yaranacaq.
Sərgi Şnitke yaradıcılığının müxtəlif sahələrini əhatə edir: filmlərə yazdığı musiqi, teatr, instrumental musiqi.
Eksponatlar arasında Şnitkenin musiqi əlyazmaları, şəxsi əşyaları, arxiv fotoşəkilləri, həmçinin məşhur filmlərdən kadrlar: “Çar Pyotrun ərəbi necə evləndirdiyi haqqında nağıl”, “Ekipaj”, “Səyahətlər nağılı”, “Kiçik faciələr”, “Aqoniya” və s.
Tam oxu
Xəbəri oxu