Bakıdakı UFC turnirində yaponiyalını əvəz edən qazax bir ildən çoxdur döyüşmür

20.05.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda təşkil ediləcək UFC turnirində yaponiyalı Kiyoci Horiquçini əvəz edəcək qazaxıstanlı Azat Maksum 2024-cü ilin fevralından bəri döyüş keçirməyib.

İdman.biz xəbər verir ki, Qazaxıstan təmsilçisi "Crystal Hall" arenasında rusiyalı Tagir Ulanbekovla qarşılaşacaq.

Maksum UFC-də 2023-cü ildə debüt edib və onda amerikalı Tayson Namuya qalib gəlib. Sonrakı döyüşündə isə Çarlz Consona xal hesabında uduzub. Onun ABŞ təmsilçisi Si Cey Verqara ilə növbəti döyüşü 2024-cü ilin avqustuna planlaşdırılsa da, hər iki döyüşçünün zədələnməsi səbəbindən ləğv edilib.

Qeyd edək ki, Bakıdakı UFC turniri iyunun 21-də keçiriləcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью