Bakıdakı UFC turnirindən əvvəl döyüşçülər üz üzə gəliblər

26.06.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl MMA idmançıları rəqibləri ilə üz-üzə gəliblər. Sport24.az xəbər verir ki, tədbir yarışın keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutub.

Bundan əlavə, idmançılar son olaraq çəkidən də keçiblər.

Xatırladaq ki, "UFC Fight Night Baku" iyunun 27-də təşkil olunacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью