Bakıdakı yanğında 3 nəfər tüstüdən zəhərləndi

13.07.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bakıda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 12-də saat 22:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
2 nəfərə (1 qadın, 1 kişi) yerində yardım olunub.
 

1 nəfər (qadın) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.


Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью