Bakıdan ABŞ ın İrana hücumu ilə bağlı bəyanat

22.06.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda bütün tərəflər dialoq və diplomatiyaya üstünlük verməyə çağırılır.

"Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - bəyanatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью