Bakıdan Ağdama yola düşmüş sərnişin qatarında tam doluluq qeydə alınıb

30.08.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ağdam, 30 avqust, AZƏRTAC

32 ildən sonra ilk dəfə bu gün Bakıdan Ağdama yola düşmüş sərnişin qatarında tam doluluq qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, avqustun 27-də satışa çıxarılmış biletlər 3 gün ərzində satılıb.

Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var.

Müasir “Stadler” qatarı bu gün saat 7:10-da Bakıdan Ağdam istiqamətində hərəkətə başlayıb. Qatar saat 18:20-də əks istiqamətdə yola düşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью