Bakıdan Aktauya həkim və tibb bacıları GÖNDƏRİLİR

27.12.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanlı həmkarlara dəstək və müalicə proseslərinin tənzimlənməsi məqsədilə bu gün Bakıdan Aktauya 2 həkim və 2 tibb bacısından ibarət heyət göndəriləcək. 
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib. 
 

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.


Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью