Bakıdan Aktauya uçan təyyarədə problem yarandı Son dəqiqə

30.12.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstan mediası Aktau hava limanında təyyarələrdən birində problem yarandığı barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisəyə ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən münasibət bildirilib.

Məlum olub ki, problem Bakıdan Aktauya uçan təyyarə ilə bağlı yaranıb. Təyyarədə sərnişin olmayıb.

“Eniş normal idi, enişdən sonra təyyarənin burun mexanizmində problem yaranıb”, - qurumdan deyilib.

Nazirlikdən əlavə ediblər ki, hava limanı açıqdır və normal rejimdə işləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью