Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla təbii qaz sahəsində əməkdaşlıq sazi
Sözügedən saziş Türkiyə Prezident Administrasiyasının rəsmi qəzetində dərc olunub.
Qaz sahəsində imzalanan əməkdaşlıq sazişi özündə nəyi ehtiva edir?Bunun Bakı və Ankaraya hansı təsirləri olacaq?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Türkiyə ilə Azərbaycan arasında əldə edilən və imzalanan bütün razılaşmalar strateji müttəfiqliyə əsaslanır: “Hər nə qədər spesifik sahələrdə razılıq əldə olunsa da, şübhəsiz, bu, ümumi mənada müttəfiqlik sazişinə uyğundur.
Rəsmi Bakı və Ankara onsuz da ortaq hərəkət edir. Bir çox məsələdə tərəflərin mövqeyi eyni, yanaşması ortaq olur.
Qarşılıqlı maraqları özündə ehtiva edən sazişlər də bu baxımdan çox vacibdir.
Bakı-Ankara müttəfiqliyi iki ölkənin də güclü olub beynəlxalq arenada özünə yer etməsinə hesablanıb.
Əslində hər iki ölkə də bu gün mühüm siyasi proseslərdə söz sahibi, aparıcı qüvvədir.