Icma.az, Yenisabah saytına istinadən bildirir.
Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bu gündən bərpa olunur.
“Yeni Sabah” xəbər verir ki, ilk Bakı–Balakən reysi noyabrın 20-də saat 23:30-da həyata keçiriləcək. Balakəndən Bakıya ilk qatar isə noyabrın 21-də saat 21:10-da yola düşəcək.
Sərnişinlərə yataq tipli vaqonlarda standart və standart+ sinifləri üzrə xidmət göstəriləcək. Gecə reysləri sayəsində sərnişinlər səhər saatlarında mənzil başına çatmaq imkanı əldə edəcəklər. İnternet mağaza
Bakı–Balakən–Bakı marşrutu üzrə biletlərin qiyməti 16,20 manatdan başlayır.
Biletləri ADY Mobile tətbiqi, ady.az saytı və dəmiryol vağzallarının kassalarından əldə etmək mümkündür.