Bakıdan bu istiqamətə uçan reys ləğv edilib

08.01.2025

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.

AzPost AZAL-a istinadən xəbər verir ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

“Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir. Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq”, – deyə aviaşirkət bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью