Bakıdan Ermənistana qatar yola düşdü

22.08.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və propan daşıyan 10 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

Avtosfer.az xəbər verir ki, tədarükə 9 vaqondan ibarət, çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью