Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur

07.09.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.

Bu barədə Banco.az Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.

Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.

Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə “Embraer E-190” təyyarələrindən istifadə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью