Bakıdan İrəvana getdi: seçkilərdə namizəd olacaq?

29.01.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycandan Ermənistana qaytarılmış Gevorg Sujyanın Mülki Müqavilə Partiyasının 2026-cı il seçkilərində namizəd siyahısında olub‑olmaması ilə bağlı suallara cavab verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilir ki, Nikol Pşainyan bu məlumatı nə təsdiqləyib, nə də inkar edib.

Ermənistan demokratik dövlətdir və burada siyasətlə məşğul olmaq istəyən hər kəs bunu edə bilər”, – o qeyd edib.

Mənbə bildirir ki, Sujyana yaxın gələcək seçkilərdə hakim partiyanın siyahısında iştirak etməsi təklif olunub.

Qeyd edək ki, bu il yanvarın 14-də Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью