Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. Ermənistanın ətraf mühit naziri Akop Simidyan yazıb ki, 2026-cı ildə ölkəsində Biomüx
COP17 BMT-nin Bioloji Müxtəliflik Konvensiyası (CDB COP) çərçivəsində keçirilən sammitdir.
İki ildən bir keçirilən sammitdə dünyanın hər yerindən hökumətlər meşələr, okeanlar və nəsli kəsilməkdə olan heyvan növləri də daxil olmaqla təbiəti necə qorumağı planlaşdırdıqlarını müzakirə etmək üçün bir araya gəlirlər.
Bu il sammitin 16-cı görüşü 21 oktyabr-1 noyabr tarixlərində Kolumbiyanın Kali şəhərində keçirilib.
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 isə BMT-nin İqlim Dəyişikliyi Konfransıdır.
COP17-nin Ermənistanda keçirilməsi bir neçə sualı aktuallaşdırır: Azərbaycan Ermənistanda keçiriləcək COP17 tədbirinə qatılacaqmı?
Azərbaycanı Ermənistanda keçiriləcək COP17 tədbirində kim təmsil edəcək? Əslində, hər iki sualın cavabını bir neçə gün sonra bilmək olacaq.
Belə ki, Ermənistan Azərbaycanda keçiləcək COP29 tədbirinə qatılarsa, rəsmi Bakıda İrəvandakı COP17 tədbirində iştirak edə bilər.