Bakıdan Maleyə 6 saata: AZAL Maldiv adalarına birbaşa uçuşları bərpa edir | Icma.az
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 27-dən Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa reysləri bərpa edir.
Bununla da turistlər üçün Hind okeanının sahillərinədək olan yol xeyli qısalır və əlverişli səyahəti təmin edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Maldiv adaları dünyanın ən cəlbedici turizm istiqamətlərindən biri kimi çoxdan məşhurdur.
Mülayim tropik iqlimi olan adalarda hava ilboyu 28-30°C-dək yüksəlir, okean suyunun temperaturu isə 27°C-yə çatır.
Qışın sərt şaxtası Avropa və Qafqazı ağ qara bürüyəndə belə Maldiv adaları daim günəşli və isti olur.
Bal ayı, romantik səyahət və ailəvi tətillər üçün Maldiv, ümumiyyətlə, ideal seçimdir.
Tam oxu
Xəbəri oxu