Bakıdan maşın almaq istəyi baha başa gəldi: Naxçıvanda 60 minlik DƏLƏDUZLUQ VİDEO

31.10.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvanda dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə Bakıdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью